Lənkəranda iki ay əvvəlki sellə bağlı iş başladı (FOTO)

42-ciparalel.az
Təmir-bərpa prezidentin ayırdığı 4 milyon hesabına başlayıb.
Lənkəranda iki ay öncə yağan leysan yağışlarının vurduğu fəsadlar aradan qaldırılmağa başlanılıb. İlk növbədə vətəndaşların rahatlığını təmin etmək məqsədilə yüzlərlə sakinin məskunlaşdığı çoxmərtəbəli yaşayış evlərinin zərərçəkmiş dam örtükləri yenilənir. Əsaslı təmir işləri ölkə başçısının bu məqsədlə 22 oktyabr tarixli sərəncamı ilə ayrılmış 4 milyon manat vəsait hesabına aparılır.

İcra hakimiyyəti başçısının müavini Möhübbət Babayevin sözlərinə görə, bu vəsaitə uyğun olaraq 41 çoxmənzilli yaşayış binasının təmirini nəzərdə tutulub. "Bu evlər Lənkəran, Liman şəhərində və Nərimanabaq qəsəbəsindədir. Hal-hazırda 20-dən artıq binada sürətli iş gedir və bu işlərin həcmi artılacaq.