Azərbaycanda "donuz qripi" xəstəliyinin yayılma ehtimalı varmı?

42-ciparalel.az
İranda bu virusdan ölənlərin sayı 35-ə çatıb. Azərbaycanda "donuz qripi" xəstəliyinin yayılma ehtimalı yoxdur.
Bunu Səhiyyə Nazirliyininmətbuat xidmətindən bildirdilər. "Bilirik ki,İranda donuz qripi yayılıb. Lakin narahatlığa heç bir əsas yoxdur. Nazirlik hər an belə halları nəzarət altında saxlayır. İrana sərhəd olan ərazilərdə də səhiyyə yüksək səviyyədə təşkil olunub", - deyə Səfayə Əhmədova əlavə etdi.
Onun sözlərinə görə, təkcə, virusların yayıldığı vaxtda deyil, ümumiyyətlə, hər zaman Səhiyyə Nazirliyi xəstəlikləri nəzarətdə saxlayır və bu istiqamətdə lazımi tədbirlər görülür.

Səfayə Əhmədova - Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı
Azərbaycanda "donuz qripi"nin yayılmasının gündəmə gəlməsi İranda yayılan bu xəstəlik nəticəsində ölənlərin sayının 35 olmasıdır. Bu barədə ölkənin Səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari deyib.
Onun sözlərinə əsasən, hazırda virus İranın iki əyalətində geniş yayılıb. Bunlar cənub-qərb əyalətləridir. Girman vilayətinin inzibati mərkəzində virusdan 28 nəfər, Sistan və Bəlucistan vilayətlərində isə daha 5 nəfər ölüb. Ölüm sayının artacağı istisna edilmir.
İran səhiyyə nazirliyi bildirir ki, virusun tezliklə Şərqi Azərbaycan, Qərbi Azərbaycan vilayətlərinə və paytaxtTehrana da yayılacağı gözlənilir.Ölkənin səhiyyə müəssisələrinə virusa yoluxmuş 600-dan çox xəstə daxil olub.
"Donuz qripi" - insanlar arasında yayılan müxtəlif A/H1N1 viruslarının qarışığından yaranan xəstəlikdir. "Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ,Meksika, Kanada, Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.
Azərbaycan ərazisinə də bu qripin daxil olmaması və yayılmaması üçün Səhiyyə Nazirliyi bu virusu vaxtında aşkar etməli, qabaqlayıcı tədbirlər görməlidir. Bunun üçün bütün tibb müəssisələri, xüsusilə də, uşaq poliklinikaları gücləndirilmiş iş rejimində işləməli və epidemiya təhlükəsinin qarşısını almaq üçün əhalinin kütləvi toplaşdığı yerlərdə mütəmadi dezinfeksiya işləri aparılmalıdır.