Azərbaycanlı milyonçuya türk aktrisadan yox cavabı

{title

42-ciparalel.az
 

     İdil Fırat 1 milyon dollarlıq reklam tklifini qəbul etməyib.

Türk gözəl azərbaycanlı iş adamının bir milyon dollarlıq təklifini rədd edib. 

Türkiyənin ən yaraşıqlı aktyorlarından olan Kıvanç Tatlıtuğun keçmiş sevgilisi olan İdil Fırat reklam təklifi ilə razılaşmayıb.

Türkiyə mətbuatında yer alan məlumata görə, İ.Fırat ötən həftə bir toy mərasiminə qatılmaq üçün Azərbaycana gəlib. 

Yaraşıqlı aktyor Engin Öztürklə birlikdə olan İdilə təklif bu səfər zamanı edilib. 

Gözəlliyi ilə bir çox tanınmışı kölgədə qoyan kübar cəmiyyət gözəli bir çox sahibkarların diqqətini cəlb edib. Lakin magazin gündəminə düşdüyü üçün bütün təklifləri rədd edib. 
Yaxın Şərq bazarında da məşhur olan kosmetika şirkətinin sahibi olan iş adamı Fırata markanın reklam filmində rol almağı təklif edib. İdil Fırat isə ortaq dostları ilə ona edilən bir milyon dolarlıq təklifi nəzakətlə rədd edib. 


Sezen Aksunun keçmiş sevgilisinin qızı olan İdil Fırat 4 il Amerikada politologiya təhsili alıb. Təhsili bitəndən sonra atasına məxsus inşaat şirkətində işə bağlamağı təklif edir. 

Kıvanç Tatlıtuğun "İnstaqram hesabında sevgilisi Başak Dizer ilə paylaşdığı foto.

Türk gözəlin adı bir müddət Türkiyənin tanınmış futbolçularından olan Arda Turan ilə də hallanıb. Deyilənlərə görə, atası onun bu münasibəinin əleyhinə olub. Bunun üçün də Arda və İdil gözlərdən uzaq, Madriddə görüşüblər. 


Son günlərdə isə onun onun adı aktyor Engin Öztürklə çəkilir. Onlar hətta eni məkandan əl-ələ çıxanda görüntüləniblər.