“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib

{title

42-ciparalel.az
 
"Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklər məxsusluğu qeyri-dəqiq olan bəzi texniki nəqliyyat vasitələrinin aid olduğu ünvanı dəqiqləşdirmək məqsədi daşıyır. 

Ərşad Hüseynov bildirdi ki, Azərbaycanda nəqliyyat vasitələrini 3 qurum- Baş Dövlət Yol Polisi İdarəsiKənd Təsərrüfatı Nazirliyi və Fövqəladə Hallar Nazirliyi (FHN) dövlət qeydiyyatına alır:

Burada avtomobilləri qeydiyyata alan bir qurum da var ki, o da, Gənclər və İdman Nazirliyidir. Onlar da idman avtomobillərini qeydə alır. Bu qanunla FHN-in qeydiyyata aldığı nəqliyyat vasitələrində də dəqiqləşdirilmə aparılıb. 

"Ekskovator, asfaltçəkən, elektrokar kimi texnoloji nəqliyyat vasitələrinin ünvanı qeyri-dəqiq idi. Hazırda həmin vasitələrdə dəqiqləşdirmələr aparılıb. Nazirlər Kabineti FHN-in və Kənd Təsərrüfatı Nazirliyinin qeydə aldığı nəqliyyat vasitələrinin siyahısını müəyyən edib. Bununla bağlı hansı nazirliyin hansı nəqliyyat vasitəsini qeydə alınması barədə Nazirlər Kabinetinin qərarı var. Burada 2.1. 3-cü bənddə "digər” sözünün "siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən” sözləri ilə əvəz edilməsi barədə qanun məhz dəqiqləşdiricinin Nazirlər Kabineti olduğunu müəyyən edir".

Ərşad hüseynov- Hüquqşünas

Prezident İlham Əliyev ötən gün Milli Məclisin "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda etdiyi dəyişiklikləri təsdiq edib.