Bakıda Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək

42-ciparalel.az
Noyabrın 25-də Bakıda Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək. Tədbirə İKT, qida məhsullarının istehsalı, logistika, maliyyə, tibb və əczaçılıq, turizm, təhsil, layihələndirmə və arxitektura, orqanik gübrə istehsalı və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın Latviya şirkətinin qatılacağı gözlənilir. İşgüzar görüş İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, AZPROMO-nun və Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin (LİAA) birgə təşkilatçılığı ilə baş tutacaq.