Xaləddin İsgəndərovun Bakı-Sumqayıt yolundakı təpələri söküləcək - Tıxaca əncam AXTARILIR

{title

Yeni tədris ilinin başlanması ilə paytaxtdakı küçə və prospektlərdə ənənəvi tıxaclar da artıb. Şəhərin müxtəlif yerlərində təxminən eyni vəziyyətdir. Amma ən böyük tıxac xüsusilə günün pik saatlarında Sumqayıt-Bakı istiqaməti üzrə avtomagistral yolda müşahidə edilir. İnsanlar dəqiqələrlə, bəzən saatlarla tıxacda qalmalı olurlar. Tıxacda vaxt itirmək, işə gecikmək, buna görə müdir tərəfindən danlanmaq isə gündəlik problemlərlə yanaşı, insanlara əlavə gərginlik yaradır.

Yoldan daimi istifadə edən sərnişinlərin bildirdiyinə görə, tıxac səbəbinin "Bakı Beynəlxalq Avtovağzalı”na giriş hissəyə yaxın yolda çəkilmiş düz xətt nişanı və  ərazidə yaradılan süni təpəciklərdir.

 

42CiParalel.az-ın məlumatına görə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı  suallarını cavablandırıb.

O qeyd edib ki, hazırda şəhər yollarında hərəkətin intensivliyinə maneə yaradan, sıxlığa və tıxaca səbəb olan hallar aşkar edilərək aradan qaldırılır:

"Qeyd edilən ünvana da mütəxəsisslərimiz tərəfindən baxış keçiriləcək, ərazidə təhlillər aparılıb uyğun qərar veriləcək”.