Ermənistanda daha bir mer istefa verdi

{title

 

Ermənistanın Armavir şəhərinin meri Ruben Xlqatyan istefa verəcək.

42-CiParalel.Az  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə o, Armavir əyalətinin qubernatoru Qaqik Miridjanyana bildirib.

 

Qubernatorun qəbulunda olan mer görüşün sonunda istefa ərizəsini təqdim edəcəyini bəyan edib.

Görüş zamanı son zamanlarda şəhərdə yaranmış vəziyyətlə yanaşı ölkədəki daxili siyasət də müzakirə olunub.

 

Qeyd edək ki, Armavir şəhər meri Ruben Xlqatyanın istefası bu gün Armavir ağsaqqallar şurası tərəfindən müzakirə olunacaq.