Ziya Məmmədov pullarını ölkədən çıxarır

Türkiyədə Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən "Global Media” şirkəti yaradılıb.
42-CiParalel.az "Yeni Müsavat”a istinadən xəbər verir ki, İstanbulda "Cine 5" və ”Kanal 6" telekanallarının ofisinin yerləşdiyi binada bu istiqam ətdə 3 aydır intensiv hazırlıq işləri aparılır. Məsələnin maraqlı tərəfi odur ki, iri layihəyə Azərbaycanda "vurulmuş” nəqliyyat naziri Ziya Məmmədovun kadrı Elnur Abdullayev rəhbərlik edir. Yayılan məlumata görə, media holdinqin sahibi bu günə qədər qurulmasına 5 milyon dollara yaxın vəsait xərcləyib. Əgər bu şəxs Elnur Abdullayevdirsə, onda bu qədər sərmayə ola bilərdimi?
Anar Məmmədovun xalası oğlu Elnur Abdullayevlə münasibətlərinin çox yaxşı olduğu bildirilirdi. Həmçinin qeyd olunan taksi şirkətində Elnur Abdullayevin pay sahibi olduğu deyilirdi. Ziya Məmmədov onu 3 avqust 2015-ci il tarixli əmri ilə DANX rəisi vəzifəsinə təyin edənə qədər Elnur Abdullayev "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb. Ziya Məmmədov işsiz qalandan sonra onun kadrları da nəqliyyat sistemindən "təmizləndi”lər. Həmin günlərdə Elnur Abdullayev də vəzifəsini itirdi. Bundan sonra onun hara getdiyi, nə işlə məşğul olduğu bilinmirdi. Bir qədər əvvəl isə onun səsi Türkiyədən gəlməyə başlayıb. Türkiyədə hazırda telekanal açmaq elə də asan məsələ hesab olunmur. Həm də böyük bir layihə üçün böyük paraların olması da vacib şərtdir. DANX rəisi işləmiş birinin öz maliyyə hesabına belə bir layihənin altına girməsi inandırıcı görünmür. İndiki halda Ziya Məmmədova Türkiyədə telekanallar açmaq imkanı tanınması da inandırıcı görünmür. O da mümkündür ki, sabiq nazirin kadrları indi başqa bir məmur-oliqarxın bayrağı altına keçiblər. Türkiyədə gerçəkləşdirilən böyük layihəni də həmin məmur maliyyələşdirir. "Məqsədi, məramı nədir” sualı isə açıqdır. Hər halda yeni media holdinqin ortaya çıxaracağı məhsullar "musiqini sifariş edənin” kimliyini ortaya qoyacaq.