Ötən gecə Bakının bəzi ərazilərinin qaz təchizatında problem yaranıb - SƏBƏB

{title

Ötən gecə Bakının bəzi ərazilərində qaz təchizatında məhdudiyyətlər olub.

 

42-Ciparalel.az Economics”in məlumatına görə, ötən gün saat 24:00-dan etibarən paytaxtın bəzi ərazilərinə təbii qazın verilişi dayandırılıb. 

 

SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev 42-Ciparalel.az  -Economics”ə bildirib ki, dünən gecədən Ceyranbatan qazpaylayıcı stansiyasından ayrılan, diametri 315 mm-lik polietilen yeraltı orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması üçün qəza halı kimi qaz təchizatı dayandırılıb.

 

"Hazırda "Azəriqaz”ın əməkdaşları yaranmış qaz sızmasının aradan qaldırılması ilə bağlı işlər aparırlar. Kəmərdə təmir işləri bitdikdən sonra qaz təchizatı bərpa ediləcək”, - deyə İ.Kərbəlayev vurğulayıb.

 

Bundan başqa, ötən gün Ramana qəsəbəsinin Şuşa şəhərciyində magistral qaz kəmərinin üzərində siyirtmədə baş vermiş nasazlıqla əlaqədar qəsəbənin qaz təchizatında fasilə yaranıb. İ. Kərbəlayev bildirib ki, artıq qəsəbəyə qaz təchizatı bərpa olunub.