"Bayrağımız qürurumuzdur!"

{title

 

 Noyabrın 8-də Xətai rayonundakı Heydər Əliyev Parkında Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, rayon icra hakimiyyətinin və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə asfalt üzərində "Bayrağımız qürurumuzdur!” adlı rəsm aksiyası keçiriləcək.

42-Ciparalel.az AzərTaca istinadən bildirir ki, tədbirin təşkilindəki əsas məqsəd Azərbaycanın dövlət bayrağına sevgi və ehtiram hisslərinin tərənnüm olunması və gənclərdə vətənpərvərlik duyğularının aşılanmasıdır.

 

Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib.  1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına əsasən milli atributlarımızın rəmzlərindən biri kimi qeydə alınmış, Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən isə 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.