Azərbaycanda səsvermə qaydası dəyişdirilir

{title

 

Azərbaycanda keçiriləcək seçkilərdə səsvermə qaydası dəyişdiriləcək.

42-CiParalel.az-ın  məlumatına görə, bununla bağlı  Seçki Məcəlləsinin 104.7-ci bəndi ləğv edilir.

Hazırki qanunvericiliyə görə, (104.7-ci maddə) məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır.


Təklif olunan dəyişiklikdə isə 104.7-ci bənd ləğv edilir.

Seçki Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.