Surucunu ele salib agladan polis qovuldu

{title

Azərbaycanda yol polisi ilə sürücü arasında gedən dialoqu əks etdirən video qalmaqala səbəb olub.
Axar.az Avtosfer.az-a istinadən xəbər verir ki, videoda qayda pozan sürücünün cəzadan yayınmaq üçün ağlaması və yalvarması görüntülənir. İddiaya görə, video yol polisi tərəfindən yayılıb.
Bu isə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri gənc sürücünün aşağılanmasını əks etdirən videonun onun icazəsi olmadan, həmçinin xidmətdə olan bir polis tərəfindən yayılmasını insan hüquqlarının pozulması kimi qiymətləndiriblər.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Report-a açıqlamasında sürücünün yol polisinə yalvarmasını özündə əks etdirən görüntülərlə bağlı araşdırmalara başlanıldığını bildirib.
K.Əliyev bildirib ki, 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən və görüntüləri lentə alması ehtimal edilən Elvin Mövlanov Sabirabad rayonu ərazisində xidmət aparır:
"Sosial şəbəkələrdə yayılan həmin video ekspertizadan keçiriləcək. Araşdırmalardan sonra Elvin Mövlanov barəsində ciddi intizam tənbehi görüləcək".
***
Yol polisi inspektoru Elvin Mövlanov bu gün Baş Dövlət Yol Polisi İdarəsinə çağırılıb.42-CiParalel.Az-ın məlumatına görə, o, idarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.