Aktyor "Facebook" səhifəsini bağladı

{title

42-ciparalel.az
    Tanınmış aktyor Qorxmaz Əlili şəxsi "Facebook" səhifəsində qaçqınlar haqqında yazdığı statusa görə, üzrxahlıq edib.

Məşhur aktyor bəzi mətbu orqanlar onun fikirlərini yozaraq cəmiyyətə səhv təqdim edib:
"Mən qeyd olunan fikri bütün qaçqınlara aid etməmişəm. Sözüm əyri yollarla pul qazananlara olub, yazımı diqqətlə oxusunlar.
Sadə qaçqınların vəziyyəti göz qabağındadır. Dövlətimiz onlar üçün evlər tikir, müxtəlif şəraitlər yaradır ki, dərdləri bir az azalsın.
Yazdığım statusu pis niyyətli insanlar şişirdərək, nifaq salmaq istəyirlər. Onlara heç kim ixtiyar verməyib ki, mənimlə danışmadan bu haqda yazsınlar. Mövqeyim olmadan istədikləri şəri-böhtanı tirajlayırlar. Bu gün mətbuata gələnlər əllərinə indilərdə qələm, klaviatura dəyənlər bilsin ki, mən hər zaman qaçqınların mövqeyini müdafiə etmişəm. 1991-1993-cü ildə cəbhə bölgəsində konsert verəndə hər zaman qaçqınların tərəfini saxlamışam. 2000-ci ildə meyxana konserti zamanı qaçqınlara qarşı xoş olmayan ifadə işlədən meyxanaçını özüm şəxsən efir vaxtı acılamışam. Mənə qarşı tənqid yazan insanlar görünür sözümə tuş gələn şəxslərdir ki, bu onlara belə təsir edib", - deyə Qormaz Əlili vurğulayıb.

Qormaz Əlilinin "Facebook" səhifəsi


Şoumen eyni zamanda bildirib ki, medianın cəmiyyətdəki rolu qərəzsiz olmalıdır: "Amma təəssüflər olsun ki, ucuz şou reklam tərəfdarları da az deyil. Tutaq ki, mən səhv elədim, onlar niyə bundan istifadə edib insanları üz-üzə qoymaq istəyirlər?"

Bütün bu açıqlamanı tanınmış şoumen Qorxmaz Əlili qaçqınlar haqda yazdığı statusun birmənalı qarşılanmadığını gördükdən sonra verib. O, bir müddət əvvəl şəxsi facebook hesabında Şirməmməd Hüseynovun çıxışı olan videonu paylaşaraq, qaçqınlar haqda aşağıdakı sözləri yazıb:

"Dilinə qurban, de, danış. Qaçqınlara Bakı lazım idi, ona da nail oldular. Hökumət lazım idi, ona da nail oldular. Var-dövlət lazım idi, onu da aldılar. 20 faiz əsl qaçqınlıq həyatı sürdülər, o da reklama görə. Xaricdən gələn qonaqlara göstərmək, yardım pulu almaq üçün. Aldılar, pulun dalına keçdilər, indi bizi bəyənmirlər", - deyə sənətkar qeyd edib.

Hazırda Qorxmaz Əlilinin "Facebook" səhifəsi aktiv deyil.

Qorxmaz Məmməd oğlu Əlilicanzadə 1958-ci il oktyabrın 15-də Bakıda anadan olub. Kiçik yaşlarında onda teatr sənətinə böyük maraq yarandığına görə, öz həyatını bütünlüklə Azərbaycan incəsənətinə bağlayıb. 1979-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun kino aktyoru fakültəsini bitirən aktyor, 1985-ci ildə Miniatür teatrını yaradıb. Qorxmaz Əlilicanzadənin estrada sahəsində oynadığı rollar ona böyük şöhrət gətirib. 

Qormaz Əlili bir çox rolları ilə yadda qalıb. O, məşhur "Arşın mal alan" (1965), "Dəli Kür", "Qayınana", "Yuxu" və s. kimi Azərbaycan filmlərində rol alıb.