Azad Rəhimov: "Formula 1"in büdcəsi 150 milyon dollardan çox-çox aşağıdır

"Formula 1" yarışlarına hazırlıq işləri qaydasında gedir, heç bir problem yoxdur. Çalışırıq ki, yarışlara hazırlıq işlərində Bakı sakinlərinə hər hansı problem yaradılmasın. 42-ciparalel.az-ın məlumatına görə, bunu Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib. Nazir qeyd edib ki, 6 km yolun dəyişdirilməsi işləri şəhərdə tıxac yaratmayıb. Nazir həmçinin əlavə edib ki, xüsusi bina sifariş olunub: "300 metr uzunluğu, 21 metr genişliyi olan 2 mərtəbəli bina hazır vəziyyətdə Bakıya gətiriləcək və Azadılıq meydanında quraşdırılacaq". Nazir bildirib ki, "Formula 1"in büdcəsi 150 milyon dollardan çox-çox aşağıdır: "6 km yolun tikintisinə 12 milyon manat xərclənib. Xüsusi bina üçün isə 30 milyon sərf olunacaq".