Prezident: Azərbaycanın yardım istəməsi barədə yazılar yalandır

{title

İlham Əliyev gənclərlə görüşündə bunu deyib.
 
Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazılar yalandır. 42-ciparalel.az məlumatına görə, bunu prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə deyib. "BMT-nin modeli” layihəsinin əlaqələndiricisi Elmira Məmmədova Azərbaycan nümayəndələrinin beynəlxalq təşkilatlarda təmsilçiliyi ilə bağlı məsələyə toxundu.Dövlətimizin başçısı Azərbaycanın BMT başda olmaqla bütün beynəlxalq təşkilatlarla yüksək əlaqələrə malik olduğunu deyib. O, vurğulayıb ki, gənclərin beynəlxalq təşkilatlarda təmsilçiliyini yüksək qiymətləndirir. 


Prezident gənclərlə görüşdü
"Financial Times” qəzeti Beynəlxalq Valyuta Fondu və Dünya Bankının ucuz neft qiymətləri ilə mübarizə aparan Azərbaycana 4 milyard dollarlıq yardım paketi ayırmağı nəzərdən keçirdiyi barədə xəbər yayıb. ANS PRESS-in məlumatına görə, Valyuta Fondunun rəsmisi qəzetə verdiyi açıqlamada yerli hökumətin müraciəti əsasında "potensial texniki yardım” məsələsini müzakirə etmək üçün Fondun və Dünya Bankının nümayəndə heyətlərinin yanvarın 28-dən fevralın 4-nə kimi Bakıda görüşlər keçirəcəyini deyib.Ötən gün mətbuat konfransı keçirən maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib ki, Beynəlxalq Maliyyə Fondu, Dünya Bankı və Asiya İnkişaf Bankının nümayəndələri ilə Bakıda görüş keçirilir. Amma hər hansı 4 milyard dollar kredit alınması yoxdur. "Vəziyyət o qədər acınacaqlı deyil ki, kimdənsə təcili borc alaq. Əksinə, biz başqa dövlətlərə borc veririk. Çünki bizim maliyyə resurslarımız yetəri qədərdir". 


Samir Şərifov - maliyyə naziri
Beynəlxalq Valyuta Fondu - Beynəlxalq maliyyə təşkilatlarından biridir. Əsası 1944-cü ildə ABŞ-ın Hempşir ştatının Bretton-Vuds əyalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bununla da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarazlıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə institutudur.
 
42-ciparalel.az