“Say” qəzetinin apelyasiya şikayəti təmin olunmadı

{title

Bakı Apellyasiya Məhkəməsində "Say” qəzetinin "Respublika” qəzetinə və "Dan Ulduzu” MTK-ya qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Qərara əsasən, birinci instansiya məhkəməsində "Respublika” qəzeti redaksiyası və "Dan Ulduzu” MTK-nın xeyrinə çıxarılan qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb. Hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 2015-ci ildə "Say” qəzeti redaksiyası "Respublika” qəzeti redaksiyasını və "Dan Ulduzu” MTK-nı məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Say” qəzeti müqavilələrin etibarsız hesab edilməsi və s. barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan "Say” qəzeti redaksiyası apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə mürəciət edib.
 
42-ciparalel.az