Dünyanın ən böyük banklarından biri məhkəməyə verildi

{title

İddianı qaldıran şəxs bankın onun şirkətini ziyana saldığını deyir.
 
Dünyanın ən böyük banklarından biri "Barclays”a qarşı məhkəmə işi açılıb. 42-ciparalel.az-ın məlumatına görə, hüquqi prosesi başladan şəxs bankın büdcəsinə xaricdən yatırım cəlb edən Amanda Steyvlidir. Steyvli sahibi olduğu PCP Kapital Partners şirkətinə 700 milyon funt-sterlinq (1 milyard 598 milyon AZN) zərər dəydiyini açıqlayıb. Lakin o, zərərin dəqiq nə ilə bağlı olduğunu deməyib.


Amanda Steyvlidir - PCP Kapital Partners şirkətinin rəhbəri
PCP Kapital Partners 2008-ci ildə "Barclays” bankına 3.5 milyard dollar həcmində maliyyə vəsaiti cəlb edib. Həmin maliyyə vəsaiti Birləşmiş Ərəb Əmirliklərinin hazırkı baş nazir müavini Mənsur bin Zeyd əl-Nəhayyana məxsusdur. Bank bu yatırımdan 5.3 milyard dollar gəlir götürüb.
Bank rəhbərliyi Mənsur bin Zeyd əl-Nəhayyan ilə razılığa gəlmək üçün qətərli investorların da dəstəyini qazanmaq məcburiyyətində qalıb. Qurum investorları yola gətirmək üçün onlara gizli olaraq 322 milyon funt-sterlinq (735 milyon AZN) ödəyib. Böyük Britaniyanın maliyyə nizamlaması və nəzarəti idarəsi banka qarşı bu cür ittihamlar səsləndirib.
 
42-ciparalel.az