Prezident çıxış etdi - “NAZ-Lifan” 2 yeni model istehsalına başladı (FOTO)

"NAZ-Lifan X-50”, "NAZ-Lifan-820” yaxın vaxtlarda alıcılara təqdim ediləcək.
Naxçıvan Avtomobil Zavodu texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla 6 modeldə "NAZ-Lifan” markalı minik avtomobili istehsal edir. Hazırda texniki göstəriciləri və komfort baxımından daha yüksək olan "NAZ-Lifan X-50”, "NAZ-Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb ki, bu avtomobillər də yaxın vaxtlarda alıcılara təqdim ediləcək. Zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. İstehsal olunan avtomobillər nəzarət şöbəsindən keçdikdən sonra satışa buraxılır. Zavod fəaliyyətə başlayan zaman ilkin mərhələdə istehsal prosesi xarici mütəxəssislər tərəfindən aparılırdısa, indi bu iş yerli mütəxəssislər tərəfindən həyata keçirilir.

Zavodda istehsalat prosesi
Hazırda istehsal olunan maşınların daha münasib qiymətə istehlakçılara təqdim olunması ilə əlaqədar layihələr hazırlanır. Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu isə ban hissələrinin sökülü vəziyyətdə gətirilməklə müəssisədə qaynaq olunmasına imkan verəcək. Bir konteynerə orta hesabla 6 avtomobil banı yerləşir. Ancaq sökülü vəziyyətdə 150-200 avtomobil banı yerləşdirmək mümkündür ki, bu da daşınma xərcinin azalması deməkdir. İstehsal olunan avtomobillərin milliləşdirilməsi planlaşdırılır. Bunun üçün avtomobil hissələrinin 51 faizinin ölkəmizdə istehsal olunması şərtdir. Bu məqsədlə avtomobilin müəyyən hissələrinin ölkəmizdə, o cümlədən Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur.

NAZ lifan avtomobil zavodu
Xaricdə istehsal olunan avtomobillərdən daha ucuz qiymətə satışa çıxarılan "NAZ-Lifan” markalı minik avtomobillərinə tələbat ildən-ilə artır. Bu isə onu göstərir ki, "NAZ-Lifan” markalı minik avtomobilləri maşın bazarında artıq özünəməxsus yerə malikdir.
Sevindirici haldır ki, yerli istehsala önəm verilir, Naxçıvanda ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda "NAZ-Lifan”lardan xidməti avtomobillər kimi istifadə olunur. Böyük Vətən müharibəsində və Çernobıl hadisələrinin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər, eləcə də Azərbaycan Vətən müharibəsi iştirakçıları dövlət vəsaiti hesabına "NAZ-Lifan-320” markalı minik avtomobilləri ilə təmin edilirlər. Hazırda muxtar respublikada,Bakı, Sumqayıt, Gəncə, Neftçala, Xaçmaz və Quba şəhərlərində "NAZ-Lifan” markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir.

NAZ lifan avtomobili
Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyətdədir. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib. İlk vaxtlar müəssisədə "NAZ-Lifan” markası ilə istehsal edilən avtomobillər baqaj hissəsi salonda olan "320” (xetçbek) və baqaj bölməsi salondan kənarda yerləşən "620” (sedan) modellərindən ibarət olub. 2011-ci ildə yeni "NAZ-Lifan X-60” modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişikliklər aparılıb, 2012-ci ilin yanvar ayından etibarən isə bu modelin kütləvi istehsalına başlanılıb. Həmçinin müəssisəyə təcrübə-sınaq məqsədilə 2012-ci ilin sonunda kiçik partiyada 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub. Artıq "NAZ-Lifan” markalı "LF-6401” (6 nəfərlik mikroavtobus), "LF-5028” (800 kiloqram yükgötürən furqonlu avtomobil) və "LF-1022” modelləri (800 kiloqram yükgötürən bortlu avtomobil) satışa çıxarılıb. Məqsəd bazarı öyrənmək və gələcəkdə tələbat olarsa, kütləvi istehsala başlamaqdır. Eyni zamanda, 2013-cü ilin oktyabrında "NAZ-Lifan-620” model avtomobillər avtomatik sürət qutusu ilə təchiz edilərək satışa çıxarılıb. 2014-cü ildən isə "NAZ-Lifan” markalı avtomobillərin "330”, "630” və "720” modellərinin kütləvi istehsalına başlanılıb.

Bir neçə gün öncə prezident İlham Əliyev Azərbaycan məmurlarına xidməti maşın kimiNaxçıvanda istehsal edilən "NAZ Lifan" markalı maşınlardan istifadə etməyi məsləhət görüb. ANS PRESS-in məlumatına görə, dövlət başçısı "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında bunun ölkədən xaricə axan valyutanın qarşısını alacağını bildirib. O deyib ki, indi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. "Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir".
Dövlət başçısının bu açıqlamasınbdan sonra Naxçıvanda istehsal edilən maşınlara maraq artmağa başlayıb. Artıq zavod məmurlara iki modelini də təklif edir.

42-ciparalel.az