Azərbaycan deputatı ilk dəfə AŞ PA komitəsinin sədri seçildi

İlk dəfədir ki, Azərbaycan nümayəndə heyətinin üzvü qurumun komitə sədri seçilir.
Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib. Milli Məclisin mətbuat xidmətindən 42-ciparalel.az-a verilən məlumata görə, iclasda Azərbaycan Parlamentinin deputatı, ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova bu komitənin sədri seçilib. İlk dəfədir ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü qurumun komitə sədri seçilir. Sahibə Əli qızı Qafarova Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, IV çağırış Azərbaycan Respublikasının Milli Məclis deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvüdür.

O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu vəAzərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib. 1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. 2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir. Sahibə Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin,

proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.
42-ciparalel.az