Azərbaycanda sürücülərə 2,6 milyon protokol tərtib edilib - 1 İLDƏ

{title

Ölkədə qeydiyyata düşmüş avtomobillərin sayı 1 milyon 340 minə çatıb 

Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 31.028 vahid artması (1.339.568 vahid) fonunda yol-nəqliyyat hadisələrinin, qəzalarda ölən və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. 42-ciparalel.az xəbər verir ki, bu barədə bu gün Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, bu müsbət nəticəni şərtləndirən əsas amillərdən biri yol hərəkətinə nəzarətin gücləndirilməsi olub. Belə ki, 2014-cü illə müqayisədə hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə olan inzibati hüquqpozmaların aşkarlanması 7,5 faiz çox olmaqla 2.531.843 xəta təşkil edib. O cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 2,5 faiz çox, sürət həddinin aşılması ilə əlaqədar 15,3 faiz çox, qəza şəraiti yaratma ilə bağlı 40,5 faiz çox fakt müəyyən olunub. Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2014-cü illə müqayisədə 7,1 faiz çox və ya 2.641.284 protokol tərtib olunub. Nəticədə 2.543.406 şəxs cərimələnib, 4.036 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 42.030 şəxsə xəbərdarlıq edilib. 

42-ciparalel.az