Bakının ən təhlükəli yolları açıqlandı

"Yüksək ərazilərdə sürüşmə təhlükəsi hələ də qalmaqdadır".
"Son günlər havaların şaxtalı keçməsi nəticəsində Bakının qarlı-buzlu yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib." Bu barədə 42-ciparalel.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Qəzaların 5-i maddi zərərlə nəticələnib. Bir hadisə isə xəsarətlə nəticələnən piyadavurmadır. Onun sözlərinə görə, baş verən qəzalara səbəb sürücülərin yol və meteoroloji şəraiti nəzərə almamalarıdır:"Hazırda paytaxtda polis gücləndirilmiş iş rejiminə keçib, enişli-yoxuşlu yollar, sərt döngələr, tunellər və körpülər nəzarətə götürülüb. Lakin yollarda sürüşmə təhlükəsi də artıb. Baş verən həmin 5 zəncirvari qəza da həmin artan sürüşmələr nəticəsində qeydə alınıb. Qəza zamanı avtomobillərə ciddi maddi zərər dəyib".

Vaqif Əsədov - Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi
Vaqif Əsədov deyir ki, hazırda Bakının çökək ərazilərində avtomobillərin hərəkətində məhdudiyyət yoxdur. Ancaq yüksək ərazilərdə sürüşmə təhlükəsi hələ də qalmaqdadır. Şöbə müdiri sürücüləri paytaxtın ən təhlükəli yollarında ehtiyatlı olmağa çağırdı."Bu dəqiqə üçün ən təhlükəli yollar Günəşli və Yasamal yolları, 3-cü dairəvi yol, Şəfaət Mehdiyev küçəsi və Sabunçu körpüsüdür", - deyə V. Əsədov bildirdi. O həmçinin sürücülərə sürüşkən, buzlu yollarda maşın idarə etmək üçün avtomobillərin şinlərinin mövsümi olmasına diqqət yetirmələrini tövsiyə etdi.

Hazırda paytaxt yolları
"Əyləc sistemindən istifadə etmək avtomobilin sürüşməsinə gətirib çıxarır. Şüşəsilənlər işlək vəziyyətdə olmalıdır. Mühərriklərində su olan avtobillərdə donma baş verir ki, bu da texniki nasazlıq yaradır, odur ki, mühərrikə "antifriz" tökülməsi məsləhətdir. Avtomobilin hərəkətə gətirilməsi və dayandırılmasında sürət qutusundan istifadə olunmalıdır. Sürücülər nömrələrin üzərini və güzgüləri təmiz saxlamalı, eyni zamanda sürət həddini minimuma endirmlidirlər", - deyə polkovnik məsləhət verdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 24-dən 27-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yanvarın 25-dən isə sulu qara, qara keçəcəyi, yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.
42-ciparalel.az