İpoteka kreditləri yeni əsasda veriləcək

Ən geci gələn aydan ipoteka kreditləri yeni əsasda veriləcək.
42-ciparalel.az-ın məlumatına görə , bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib. E.Rüstəmov bildirib ki, Maliyyə Nazirliyi tərəfindən ipoteka kreditlərinin güzəşt və kommersiya hissələrinin genişləndirilməsi üzərində işlər aparılır. İpoteka kreditlərinin verilməsi üzrə digər ölkələrin təcrübəsi nəzərdən keçirilir və araşdırmalar aparılır. Yəqin ki, yaxın zamanda, ən geci gələn ay ipoteka kreditlərinin yeni əsasda verilməsinə başlanılacaq. Bu barədə bir Maliyyə naziri Samir Şərifov da məlumat vermişdi. Nazir qeyd edib ki, Prezident tərəfindən müvafiq sərəncam imzalanmışdı ki, ipoteka fondunun fəaliyyəti yenidən qurulsun. Nazirlər kabinetinə tapşırıq verilib və artıq bütün sənədlər hazırdır. İpoteka fondu artıq səhmdar cəmiyyət şəklində fəaliyyət göstərəcək. Samir Şərifov əlavə edib ki, gözlənilən digər dəyişiklik, ipoteka kreditləri məbləğinin müəyyən edilməsidir. Bu da artıq fondun, müşahidə şurasının ixtiyarına verilir. Hal-hazırkı məbləğlər indiki şəraitin reallığını əks etdirmir. Şübhəsiz ki, məbləğlərin artırılması zərurəti yaranıb. O cümlədən devalvasiya da nəzərə alınmaqla. Artıq bütün sənədlər hazırdır. Mən hesab edirəm ki, Ədliyyə Nazirliyində son ekspertizadan keçir və üç-dörd günün söhbətidir. Çox çəkməməlidir.
42-ciparalel.az