Şagirdi döyən müəlliməyə şiddətli töhmət verildi

{title

Bu barədə Abşeron Rayon Təhsil Şöbəsindən məlumat veriblər.
 
Abşeron rayonuXırdalan şəhəri 9 nömrəli məktəbdə qeydə alınan video ilə bağlı məktəbin direktoru və müəlliməsi barədə son qərar verilib. Bu barədə 42-ciparalel.az-a Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat xidməti Anar Nağıyev məlumat verib. Onun sözlərinə görə, məktəbin pedaqoji iclası keçirilib və son qərar qəbul olunub."Məktəbin direktoru Həcər İbrahimovaya xəbərdarlıq olunub, ibtidai sinif müəlliməsi Sevda Rüstəmovaya isə şiddətli töhmət verilib. Bir daha belə bir hal təkrarlanarsa, o zaman müəllimə işdən azad olunacaq". - deyə Anar nağıyev bildirdi.Qurum rəsmisinin sözlərinə görə, vurulan uşağın valideyni müəllimə ilə bağlı şikayət etmək istəməyib.Ötən gündən sosial şəbəkələrdə ibtidai sinif müəlliməsinin 8-9 yaşında olan şagirdin başına iki dəfə vuraraq, təhqir etməsi ilə bağlı video yayılıb. Məsələni həmən Təhsil Nazirliyiaraşdırmağa başladı. Məktəbin direktoru, müəlliməsi və vurulan uşağın valideyni izahat üçün Nazirliyə çağrılıb. Baş vermiş hadisənin məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şurada müzakirə edilməsi və müvafiq qərarın şura üzvləri tərəfindən verilməsi tövsiyə olunub.
 

İbtidai sinif müəlliməsinin şagirdi vurması
 
42-ciparalel.az