Lənkəran sakini qışda dənizdə çimir (VİDEO)

"Atam 50 ildir ki, bu dənizdə çimir”.
Lənkəran sakini ilin qış fəslini həmişə dənizdə çimməklə keçirir.
42-ciparalel.az-ın məlumatına görə, Lənkəran rayonunun Gərmətük qəsəbə sakini Ramiz Mustafayev qış aylarında boş vaxtlarını dənizə baş vurmaqla keçirir.
Dediyinə görə, qış aylarında dənizdə çimməyə uşaq yaşlarından vərdiş edib və bunu balıqçı atasından öyrənib: "Atam balıqçı olub, 10 yaşımdan dənizə gəlirəm. Qaçışla məşğul olurdum. Atam da idmanla məşğul olurdu. Atamın 65 yaşı var, bu günə kimi bir dəfə də olsun ona iynə vurulmayıb. 50 ildir ki, bu dənizdə çimir”. Ramiz ilin bütün fəsillərində dənizdə çimməyi sağlamlığa faydalı hesab edir. Dediyinə görə, 40 yaşı olsa da, səhhətindən heç vaxt şikayətlənməyib. Ən asası ilin soyuq aylarında soyuqdəymə qorxusunu yaşamadığını deyən Ramiz özünü yaşıdlarından daha gümrah hiss etdiyini bildirir.

42-ciparalel.az