Qarabağ münaqişəsinin həllində yeni mərhələ

{title

"İran münaqişənin həllində rol almağa hazırdır".
 
"Azərbaycan və Ermənistan razılıq versə, İran Dağlıq Qarabağ münaqişəsinin həllində rol almağa hazırdır”. 42-ciparalel.az-ın məlumatına görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabiri Ənsari deyib. Onun sözlərinə görə, İran Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən böhranın daha da böyüməsinin qarşısını almağa və münasibətlərin yaxşılaşdırılmasına çalışıb.

Hüseyn Cabiri Ənsari - İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi
Hazırda münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri olan FransaRusiya ABŞ məşğuldur. Amma 20 ildən çoxdur ki, heç bir nəticə əldə olunmayıb. Bir müddət əvvəlTürkiyə və Almaniyanın Minsk Qrupunun yeni üzvləri kimi münaqişənin həllində rol oynaması gündəmə gəlmişdi. Amma hazırkı həmsədrlərin bu məsələyə maraq göstərməməsi yeni formatın yaranmasına mane oldu.

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Minsk Qrupunun inhisarçısı siyasətini tənqid edib. Onun sözlərinə görə, danışıqlar prosesinin inhisarçısı qismində çıxış etməyə heç bir əsası yoxdur.
"ATƏT-in MQ-nin həmsədrləri BMT Təhlükəsizlik Şurası tərəfindən verilən mandatı hələ də doğrultmayıb və 20 ildən artıq bir dövr ərzində münaqişənin həllində heç bir irəliləyiş əldə olunmayıb. Belə ki, Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı davam edir, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması mümkün olmayıb. Bunun da əsas səbəbi ATƏT-in MQ-nin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsinə münasibətdə nümayiş etdirdiyi barışdırıcı mövqeyidir”, - deyə XİN rəsmisi bildirib. 

Hikmət Hacıyev - Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri
Dağlıq Qarabağ münaqişəsi isə Azərbaycan və Ermənistan arasında 1988-ci ildən bəri davam edir. Həmin vaxtda Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionuna iddia etməyə başlayıb. 1992-1994-cü illərdə isə münaqişə hərbi fazaya qədəm qoydu. Nəticədə Azərbaycanın Dağlıq Qarabağ və ətrafında yerləşən yeddi rayon işğal edildi. 
Həmin vaxtdan ATƏT-in Minsk Qrupunun həmsədrləri torpaqların işğaldan azad edilməsində vasitəçilik etməyi üzərinə götürüb. Ortada nəticənin olmamasına baxmayaraq, həmsədrlər Minsk Qrupuna heç bir ölkənin daxil olmasına imkan vermirlər. Bəlkə də qrupa yeni dövlətlər daxil olsa münaqişənin həllində irəliləyişlər baş verər. 
 
42-ciparalel.az