Bakıda faciə: "Boru fəhlənin üzərinə düşdü" (VİDEO +18)

Hadisə yaxınlıqda olanlar tərəfindən kamera ilə çəkilib.
Bakıda bədbəxt hadisə baş verib. Fəhlə, aşan borunun altında qalıb.
Sabunçu Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Sabunçu rayonunun Bilgəh qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki "Qağayı” düşərgəsindəki qazanxananın tüstü borusu, orada fəhlə işləyən Füzuli rayon sakini 1970-ci il təvəllüdlü Səfəralı Səfərovun üstünə düşüb. Ağır bədən xəsarətləri alan S. Səfərov hadisə yerindəcə dünyasını dəyişib.Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. Hadisə yaxınlıqda olan insanlardan biri tərəfindən videoya çəkilib.

Ürəyi zəif olanlar baxmasın
Məsələ ilə bağlı Bakı şəhər prokurorluğu da məlumat yayıb. Məlumatda bildirilir ki, yanvarın 23-də saat 14 radələrində paytaxtın Bilgəh qəsəbəsində yerləşən "Qağayı” istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı dəmir borunun həmin vaxt orada olan 1970-ci il təvəllüdlü, Füzuli rayon sakini Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Yanvarın 23-də Bakıda bədbəxt hadisə baş verib. Fəhlə işlədiyi binadan yıxılıb. Sabunçu rayonu Əslidar Məmmədəliyev küçəsində 67 saylı tam orta məktəb üçün tikilən korpus binasında fəhlə işləyən 1953-cü il təvəllüdlü Zakir Sibili işlədiyi binanın 4-cü mərtəbəsindən yıxılıb.
Ağır bədən xəsarətləri alan fəhlə ərazidəki insanların köməkliyi ilə Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralının üzərində cərrahiyyə əməliyyatı aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

42-ciparalel.az