Qərb Rusiyaya verdiyi sözə əməl edəcək (FOTO)

Yaxın aylarda Minsk sazişi həyata keçirilməlidir.
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ilin yayında aradan qaldırıla bilər.
42-ciparalel.az-ın məlumatına görə, bu haqda Fransanın Energetika naziri Emmanuel Makron Moskva səfəri çərçivəsində Rusiyalı iş adamları ilə görüşdə danışıb.
O bildirib ki, " Minsk razılaşmalarının şərtlərinə əməl olunarsa yaya qədər sanksiyalar ləğv ediləcək”.

Fransanın Energetika naziri Emmanuel Makron
Bu fikirlər ABŞ Dövlət katibi Con Kerrinin Davos Dünya İqtisadi forumunda çıxışı zamanı da öz təsdiqini tapıb. Kerri Minsk razılaşmalarının şərtlərinin yerinə yetiriləcəyi təqdirdə sanksiyaların tezliklə ləğv ediləcəyini bildirib.
"Yaxın aylarda Minsk sazişi həyata keçirilməlidir. Bu, Rusiyaya qarşı ABŞ sanksiyalarının ləğv edilməsinə səbəb olacaq", - deyə o əlavə edib.
"Bu həftənin əvvəli Davosda mən və ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdük ki, Minsk sazişinin yerinə yetirilməsinə tam nəzarətdə köməklik edək. Mən əminəm ki, hər iki tərəfin səyi və problemlərin legitim həlli Minsk sazişinin yerinə yetirilməsinə təkan verəcək ki, bu da sanksiyaların aradan qaldırılmasına səbəb olacaq", - deyə katib əlavə edib.

Con Kerri ABŞ-ın Dövlət katibi
Qərb ölkələri 2014-cü ilin avqust ayından başlayaraq Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. Sentyabr ayında isə sanksiyaların əhatə dairəsi genişləndirilib. Silah, ikilitəyinatlı texnologiya mallarının idxal-ixracına embarqo tədbiq edilib.
Sanksiyaların məqsədi Rusiyanı Ukraynanın şərqində atəşkəs barədə Minskdə fevral ayında əldə olunmuş sazişə riayət etməyə məcbur etməkdir. Aİ və ABŞ sanksiyaları prezident Putinin çevrəsi, Rusiya dövlət bankları, Rusiya hərbiyyəsi və enerji şirkətlərinə qarşı tətbiq edilir.

42-ciparalel.az