Bakıda 15 dilənçi saxlanılıb

Bakıda dilənçiliklə məşğul olanlara qarşı tədbirlər davam etdirilir. 42-ciparalel.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində dilənçiliklə məşğul olan 15 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Onların barələrində müvafiq tədbir görülüb. 42-ciparalel.az