Dəmir yolu "donuz qripinə" görə hərəkətə keçdi (FOTO)

Sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimə keçib.
42-ciparalel.az-ın məlumatına görə, dəmir yolu nəqliyyatı insanların kütləvi istifadə etdiyi nəqliyyat növü olduğundan sanitariya işləri burada daha intensivdir.
Bunula bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən Tədbirlər Proqramı hazırlanıb, qabaqlayıcı tədbirlər görülür. Tədbirlər Proqramına əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır.
Bundan başqa, şübhəli xəstələrin müvəqqəti saxlanması üçün xüsusi palatalar ayrılıb, tibbi personalın fərdi qoruyucu vasitələrlə təmin edilməsi həyata keçirilir, dəmir yolu ərazisində donuz qripi xəstəliyinə qarşı profilaktik və əksepidemik tədbirlərin həyata keçirilməsi məqsədi ilə dərman və vaksinlərin, dezinfeksiyaedici preparatların, fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılır.
"Donuz qripi"nin ən çox yayıldığı ölkələr
Artıq ölkədaxili hərəkət edən qatarlarda lazımi tədbirlər görülür. Həmçinin sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimə keçib. Sərnişin qatarlarında çalışan briqadalar arasında yolboyu A/H1N1 virusunun yoluxduğu şübhəli bilinən xəstələr olduqda hansı tədbirlərin görülməsi barədə təlimatlar aparılır. Yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin vacibliyi barədə sərnişinlər və dəmiryolçular arasında maarifləndirmə işi, qatar heyətlərinin tibbi-sanitar bilikləri artırılması istiqamətində işlər gücləndirilib. Şübhəli xəstələr barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq. Sərnişin qatarlarının epidemiya əleyhinə hazırlığın vəziyyəti nəzarətdə saxlanılır.