Bakıda taksi sürücüsünə silahlı hücum olub

Xəzər Rayon Polis İdarəsindən virtualaz.org saytına verilən məlumata görə, yanvarın 20-də saat təxminən saat 18:00-da Binə qəsəbəsinin ərazisində Daewoo markalı avtomobilə sərnişin kimi oturan naməlum şəxs sürücü, 1952-ci il təvəllüdlü Əvəz Qənbərovdan onu Qaradağ rayonunun Qızıldaş qəsəbəsinə aparmağını xahiş edib. Orada şəhərdən kənar ərazidə sərnişin cibindən bıçaq çıxararaq onu sürücünün boğazına dayayıb və pullarını tələb edib. Bu yola quldur 315 manat ələ keçirib və cinayət yerindən qaçıb. Cinayəti törətmiş şəxsin axtarışı davam edir. 42-ciparalel.az