Bakı təyyarəsi yenə təxirə düşdü

Bu günə və sabaha olan reyslər təxirə salınıb.
İstanbuldan Bakıya olan təyyarə reysi yenə təxirə salındı.
42-ciparalel.az-ın məlumatına görə, bu barədə "Türk Hava Yolları" (THY) aviaşirkətinin saytında məlumat yer alıb. Həmin məlumata əsasən, reyslərin təxirə salınmasına səbəb İstanbulda gözlənilən hava şəraitidir. Atatürk Hava Limanı və Sabiha Gökçen Hava Limanında meteoroloji hadisə və intensiv qar yağışı səbəbi ilə bu gün və sabaha olan səfərlər təxirə salınıb.
Onların arasında yanvarın 23-də Bakıya nəzərdə tutulan reys də var. Həmin reys axşam saat 22:55-də Sabiha Gökçen Hava Limanından yola düşməli və gecə 03:50-də Bakı Heydər Əliyev Hava limanına çatmalı idi.

Təxirə salınan reyslər
Yaxın günlərdə Türkiyədə güclü qar və çovğun gözlənilir. Sinoptiklər yağıntının gələn həftənin əvvəlinə kimi davam edəcəyini bildiriblər.
Bununla artıq neçənci dəfədir ki, hava şəraiti ilə bağlı İstanbul-Bakı reysi təxirə düşür. Sonuncu dəfə yanvarın 16-da da belə hal yaşanıb. Belə ki, reyslərdən biri saat 08:15-13:05 (İstanbul-Bakı), digəri isə 14:35-15:50-də (Bakı-İstanbul) uçuş həyata keçirməli idi.
Ötən il dekabrın 30-31-də qar çovğunu səbəbilə də reyslər təxirə düşüb.

THY təyyarəsi

42-ciparalel.az