Azərbaycan əsgərləri qayıtdı (FOTO)

42 nəfərdən ibarət hərbi qulluqçu Əfqanıstandakı missiyasını başa vurub.
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.
42-ciparalel.az-ın məlumatına görə, NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixindən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.


Bu gün Əfqanıstandan qayıdan əsgərlər
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu yanvarın 7-də Əfqanıstana yola salınıb.

Əfqanıstana yola düşən əsgərlər
1997-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı Ordusu yaranıb, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşib.
1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar.
Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda 90 azərbaycanlı sülhməramlısı xidmət edir. Bu hərbçilər post-patrul xidmətini yerinə yetirirlər. İlk vaxtlar Əfqanıstandakı azərbaycanlı sülhməramlılarının sayı 22 nəfər idi, 2008-ci ildə daha 23 nəfər, sonralar daha 45 azərbaycanlı əsgərı Əfqanıstana göndərilib. Hal-hazırda isə onların sayı 98-ə çatıb.
42-ciparalel.az