2015-ci ilin dövlət büdcəsi... - Nəticə

{title

Maliyyə Nazirliyi 2015-ci il üzrə dövlət büdcəsinin icrasına dair məlumat yayıb. "Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, 2015-ci il üzrə dövlət büdcəsinin mədaxili 17153,2 mln. manat, xərcləri 17786,8 mln. manat olub.

2015-ci il üzrə dövlət büdcəsinin mədaxili 19438,0 mln. manat proqnoza qarşı 17153,2 mln. manat və yaxud 88,2 faiz icra olunub. Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1 faiz icra edilməklə dövlət büdcəsinə 7118,2 mln. manat vəsait təmin edilib ki, bu da ötən illə müqayisədə 4,5 mln. manat və yaxud 0,1 faiz çoxdur.
Dövlət Gömrük Komitəsi proqnoza 100,1 faiz əməl edərək dövlət büdcəsinə 1591,9 mln. manat vəsait təmin edilmişdir ki, bu da 2014-cü illə müqayisədə 5,4 faiz və yaxud 81,1 mln. manat çoxdur.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 8130,0 mln. manat vəsait transfert edilib.

2015-ci ildə dövlət büdcəsinin xərcləri 84,3 faiz və yaxud 17786,8 mln. manat icra edilib.
2015-ci ilin icmal büdcəsinin gəlirləri 18207,3 mln. manat, xərcləri isə 21067,1 mln. manat icra olunub.

42-ciparalel.az