Azərbaycanda 29 minə yaxın şəxsə işsiz statusu verilib

Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,9 min nəfərdir. 42ciparalel.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2016-cı il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin 38,6 faizini qadınlar təşkil edib. İşsizlik statusuna malik olanların çoxu - 12 113-ü Bakı şəhəri üzrə qeydiyyata alınıb. İşsizlik statusuna malik olanların 1543-ü işsizliyə görə müavinət alır. İşsizliyə görə müavinətin orta məbləği 262,3 manat olub. 42-ciparalel.az