Avtobuslarda gediş haqqı qalxmayacaq

"Bu məsələ hazırda nazirliyin gündəmində deyil".
"Nəqliyyat Nazirliyi bununla bağlı Tarif Şurasına müraciət etməyib". Bunu jurnalistlərə açıqlmasında nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. O bildirib ki, bu məsələ hazırda nazirliyin gündəmində deyil. O, hazırda bəzi avtobuslarda istifadə edilən kart sistemi barədə məsələyə aydınlıq gətirib. Nazir müavini qeyd edib ki, kart sistemi ilə ödəniş bütün avtobuslara şamil olunacaq. "Yeni sistem insanlara rahatlıq yaradır, eyni zamanda avtobuslara minib-düşmə sürətini artırır, bu da avtobusların dayanacaqlarda daha az dayanmasına səbəb olur”. Nazir müavini nəqliyyat sahəsində lisensiyaları ləğv etməsi məsələsinə də toxunub. O deyib ki, bu tapşırığa uyğun olaraq biznes mühiti üçün daha da yaxşı şəraitin yaradılması məqsədilə lisenziyaların böyük əksəriyyəti ləğv olunub.

Musa Pənahov - nəqliyyat nazirinin müavini
M.Pənahovun sözlərinə görə, lisenziyaların ləğv olunması eyni zamanda bizneslə məşğul olan həm hüquqi, həm də fiziki şəxslərə kifayət qədər yaxşı şərait yaradır ki, onlar daha da yaxşı xidmət göstərə bilsinlər.
Xatırladaq ki, ötən ilin dekabr ayında Azərbaycanda neft və qaz məhsullarının satışı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, turizm kimi bir çox sahələr lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb. Prezident İlham Əliyevin sərəncamı ilə "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” təsdiq edilib.

42-ciparalel.az