Azərbaycanlı hakerlər erməni saytlarını dağıtdı (SİYAHI)

{title

Saytlarda 20 yanvarla bağlı video və fotolar yerləşdirilib.

20 Yanvar faciəsi Ermənistan dövlət saytlarında anılıb. 42-ciparalel.az-ın məlumatına görə,"Anti-armenia Team" adlı azərbaycanlı hakerlərdən ibarət qrup bu münasibətlə Ermənistanın bütün səfirliklərinin rəsmi saytlarını, beynəlxalq təşkilatlarını, eləcə də ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytını dağıdıb. 
41-i səfirliyə, 6-sı beynəlxalq təşkilatlara aid olmaqla 47 sayt sıradan çıxarılıb. Dağıdılan saytlarda 20 yanvarla bağlı video və fotolar yerləşdirilib. 
2014-cü il iyulun 26-da "Anti-armenia Team"-in hakerləri Ermənistan prezidentinin və bu ölkənin bir çox mühüm nazirliklərinin saytlarını dağıdaraq sıradan çıxarıb. Erməni ekspertlər də öz müsahibələrində dəfələrlə "Anti-armenia Team"-in hakerlərinin Ermənistana milli səviyyədə problem yaratdığını etiraf edərək həmin qrupla mübarizə aparmaq üçün kifayət qədər intellektual resursa malik olmadıqlarını dilə gətiriblər.
 
42-ciparalel.az