Davos iqtisadi formu başladı

Forumda dünya ölkələrinin iqtisadi perspektivləri və s. müzakirə olunacaq.
İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu fəaliyyətə başlayıb. 42-ciparalel.az-ın məlumatına görə, forumu amerikalı aktyor Leonardo DiKaprio açıq elan edib. Forumda dünya ölkələrinin iqtisadi perspektivləri və neftin qiymətində müşahidə olunan düşüşün ölkələrə təsiri məsələləri müzakirə olunacaq.
Forumda "Kristal” mükafatı laureatları da məlum olub. Bunlar danimarkalı memar Olafur Eliasson, "Black Eyed Peas” hip-hop qrupunun lideri Uilyam Adams, çinli aktrisa Yao Çen və amerikalı aktyor Leonardo DiKaprio da var.
Laureatlar "daha yaxşı dünya” təbliğatı kampaniyasında fəaliyyətinə görə mükafata layiq görülüblər.
"Biz, sadəcə, kömür, neft və qaz sənayesi acgözlüyünün insanların gələcək müqəddəratını təyin etməyə icazə verə bilmərik. Kömür aid olduğu yerdə qalmasa planetimizi xilas edə bilməyəcəyik.” – deyə aktyor Leonardo DiKaprio bildirib.
İqtisadi forumda Azərbaycan prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.
Ötən il də Dünya İqtisadi Forumunda Azərbaycanı Prezident İlham Əliyev təmsil edib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətləri iştirak edib. Dövlət başçısı Forumun sessiyalarında çıxış edib. Onlardan biri "Regionların transformasiyası: Avrasiya” adlanırdı.
Forum yanvar ayının 23-nə kimi davam edəcək. Forumda 40-dan çox ölkə lideri iştirak edəcək.

42-ciparalel.az