Prezident maaşları yenə artırdı

İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
42-ciparalel.az məlumatına görə, fərmanda qeyd olunur ki, müharibə əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.
"Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanının 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada verilir:
"1.1. I qrup əlillərə – 165 manat
1.2. II qrup əlillərə – 143 manat
1.3. III qrup əlillərə – 110 manat.”.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Prezident Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin,Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında da sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

42-ciparalel.az