Prezidentdən tikintilərə böyük dəstək

Azərbaycanın cəlb edə biləcəyi xarici sərmayənin Gürcüstan kimi ölkələrə getməsinin qarşısı alınacaq.
Tikinti üçün icazələrin verilməsindəki problemlər Azərbaycanın "Doing Business”hesabatında irəliləməsinə mane olan əsas amillərdəndir.
42-ciparalel.az-ın məlumatına görə, "Doing Business-2016” hesabatında Azərbaycan 189 ölkə arasında 63-cü yeri tutsa da, tikinti üçün icazələrin alınması indikatorunda geridə qalır və 189 ölkə arasında 114-cü yerdədir.
Hesabata görə, Azərbaycanda tikintiyə icazəni orta hesabla 203 günə əldə etmək mümkündür. Bu, inkişaf etmiş ölkələri birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİŞ) göstəricisindən 51 gün çoxdur. Azərbaycan bu məsələdə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən 27 gün geri qalır. Azərbaycanda tikintiyə icazə prosedurlarının sayı da artıqdır. Azərbaycanda tikintiyə icazə üçün 18 sənəd tələb edilir ki, İƏİŞ ölkələrində bu iş üçün 12 sənəd, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində isə 15 sənəd tələb edilir.

Prezident İlham Əliyevin yanında keçirilən müşavirə - 18 yanvar 2016-cı il
Bu məsələyə yanvarın 18-də prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirdə də toxunulub. Ölkə başçısı məsələ ilə bağlı çox sərt danışıb:
"Dünya Bankının "Doing Business” hesabatlarında Azərbaycanın müxtəlif istiqamətlər üzrə islahatları yüksək qiymətləndirilir. Ancaq bizi ən çox geriyə salan məhz tikinti sektorunda, bax bu qeyri-normal vəziyyətdir. Çünki burada o qədər icazələr tələb olunur və burada o qədər pozuntular var ki, hətta beynəlxalq qurumlar da bunu qeyd edirlər. Ona görə mən bu gün ciddi tapşırıq verirəm bütün şəhər və rayon icra hakimiyyəti orqanlarına, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinə ki, bundan sonra tikinti ilə bağlı heç bir süni əngəl olmamalıdır. İş adamlarına da müraciət edirəm, əgər sizdən kimsə qanunsuz nə isə tələb edəcəksə birbaşa məlumat verin və o qanunsuz əməlləri törətmək istəyənlər ciddi şəkildə cəzalandırılacaqlar”.
Ölkə başçısı tikinti layihələrinin həyata keçirilməsinin neftdənkənar sektorda inkişafa dəstək verməsi baxımdan vacib olduğunu bildirib:
"Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına ən azı 250 milyon manat güzəştli kredit veriləcək. Onların da vəsaitlərini nəzərə alsaq, iqtisadiyyatın real sektoruna, o cümlədən regionlarda qoyulacaq investisiyaların həcmi təqribən 1 milyard manata yaxın olmalıdır. İqtisadiyyat Nazirliyi 1 milyard 500 milyon manat həcmində investisiya layihələrini tərtib edib, hazırlayıb. Bu layihələr tezliklə icra edilməlidir. Hesab edirəm ki, Azərbaycanın iş adamları ilk növbədə Azərbaycana sərmayə qoymalıdırlar ki, bu sahədə biz qısa müddət - bir-iki il ərzində öz ehtiyaclarımızı tam bağlaya bilək”.
Ölkədə tikinti sektoruna qoyulan əsaslı vəsaitlər (min manatla)

Mənbə: Dövlət Statistika Komitəsi
Tikintiyə icazələrin verilməsində yaşanan problemlər son illərdə Azərbaycanda tikintiyə marağın azalması ilə nəticələnib. Dövlət Statistika Komitəsinin məlumatlarından belə görünür ki, 2013-cü ildən başlayaraq Azərbaycanda tikinti işlərinin fəallığı aşağı düşüb. Azalma həm yaşayış binalarının tikintisini həm də, digər əsaslı tikiniti sahələrini əhatə edib.
Ölkədə istifadəyə verilən yaşayış evləri (min kvadrat metrlə)

Mənbə: Dövlət Statistika Komitəsi
Konsaltinq şirkətlərindən birinin direktoru, əmlak sahəsi üzrə ekspert Mehman Muradlı ANS PRESS-ə müsahibəsində bu problemi sürətlə həll etməyin mümkün olduğunu vurğulayır: "Tikintiyə icazə üçün az qala bir ilə yaxın müddət tələb olunur ki, bu da qiymətlərin oynadğı bir zamanda tikintinin rentabelliyini hesablamağı çətinləşdirir. Buna görə də iş adamları tikinti layihələrinə həvəssiz yanaşırlar”.

Mehman Muradlı - Konsaltinq şirkətinin direktoru
Mehman Muradlı tikintiyə icazə sənədlərinin sayını dərhal 10-dan aşağı salmağı mümkün sayır:
"İcra hakimiyyəti (İH) tikintiyə icazə verəndən sonra iş adamı müxtəlif kommunal xidmətlərdən də həmin ərazidən xətlərinin keçməməsi barədə arayış əldə etməlidir. Bunada da həftələrlə vaxt gedir. Çünki hər quruma ayrıca müraciət etmək lazımdır. Həmçinin, eyni quruma bağlı idarələrdən alınan tikintiyə nəzarət, yanğından mühafizə, torpaq-mədən göstəriciləri ilə bağlı arayışları da vahid pəncərə vasitəsi ilə vermək olar”.
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isə ANS PRESS-ə müsahibəsində bürokratik əngəllərin sonrakı tikinti prosesi zamanı da müşahidə edildiyini bildirir:
"Təsəvvür edin, bir çoxmərtəbəli binanın tikintisi başa çatana qədər 130 sənəd alınmalıdır. Üst-üstə qoysan, iki cildlik bir kitab edər. Təbii ki, belə olan şəraitdə nə yerli, nə də xarici sərmayəçini tikinti sektoruna cəlb etmək olmur”.
Ramil Osmanlının sözlərinə görə, bürokratik əngəllər Azərbaycanın cəlb edə biləcəyi xarici sərmayənin Gürcüstan kimi ölkələrə getməsinə səbəb olur: "Bu sahədə islahatlara və sadələşdirmələrə böyük ehtiyac var. Əks halda, tikintidə gözlədiyimiz inkişafa nail ola bilməyəcəyik”.

Ramil Osmanlı - Əmlak Ekspert Mərkəzinin direktoru
Əmlak sahəsi üzrə ekspertlərin sadaladığı problemlər əslində fərdi tikintilərə də aiddir. Bakıda indiyə kimi icra hakimiyyətlərinin razılığı ilə inşa edilmiş, amma mülkiyyət sənədi olmayan 300 minə yaxın evin də əsas problemi İH-ların tikintiyə icazə sərəncamı verməməsi ilə bağlıdır.
On illərlə insanların yaşadığı bu evlərin sənəd probleminin həlli üçün də beynəlxalq təcrübədən yararlanıla bilər. Məsələn, Rusiyada bu iş İH-dan alınaraq bir əmlak xidmətinə verilib. O isə istənilən ilkin sənəd əsasında müəyyən xidmət haqqı qarşısında evlərə kupça paylayıb.
Azərbaycan da bu təcrübədən yararlanmalıdır və əmlak bazarını canlandıra biləcək 300 minə yaxın fərdi yaşayış evini əsaslı fondlara daxil etməlidir. Əks halda, bu evlərin sahibləri onları qeyri-rəsmi üsullarla dəyər-dəyməzinə satacaq və əmlakın ucuz olduğu Gürcüstan və Türkiyə kimi bizə yaxın ölkələrdə mülkiyyət hüququ olan mənzillər alacaqlar.

42-ciparalel.az