Azərbaycanda film kimi olay: qoşulub qaçdığı kişi onu məyus etdi - TƏFƏRRÜAT

{title

Gənc qız özünü asıb, onu bacısı xilas edib 

Dünən Bərdə rayonunda 25 yaşlı qız özünü asıb. 42-ciparalel.az-ın məlumatına görə, rayonun kəndlərindən birində 25 yaşlı Sevinc Mürsəlova (ad və soyad şərtidir) özünü asaraq intihara cəhd edib. Yaşadığı evin qarşısındakı tövlədə özünü asan Sevinci hadisənin üstünə çıxan bacısı xilas edib.

Araşdırmalar nəticəsində məlum olub ki, S.Mürsəlova bir müddət əvvəl kənddəki məclislərdən birində İsmayıllı rayonundan olan şəxslə tanış olub. Onlar bir müddət əlaqə saxlayıblar və həmin şəxs 25 yaşlı qıza evlilik təklif edib. Özünü subay şəxs kimi təqdim edən İsmayıllı sakini bir neçə gün əvvəl qızı qaçırıb. Daha sonra qızı sxlamağa yer tapa bilməyən həmin şəxs onu İsmayıllıdakı ailəsinin yanına aparıb. Burada aldadıldığını, onunla evlənən şəxsin artıq ailə-uşaq sahibi olduğunu görən qız çox keçmədən Bərdəyə ata evinə qayıdıb. Bu olayın təsiri altında gənc qız intihar edərək həyatına son qoymağa çalışıb.

 

42-ciparalel.az