“Bank of Azerbaijan” bağlandı: əmanətçilərə konpensasiya veriləcək

{title

Mərkəzi Bankının İdarə Heyətinin 18 yanvar, 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.

Bu barədə 42-ciparalel.az saytına bankdan məlumat veriblər.

Xəbərdə deyilir ki, "Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 18.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.

Mərkəzi Bank bildirir ki, "Bank of Azerbaijan” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

42-ciparalel.az