Abu-Dabi şeyxləri Azərbaycanda ov etdilər, kabab çəkdilər - FOTOLAR

Abu-Dabi şeyxləri Azərbaycana ova gəliblər. Zəngin ərəb şeyxləri Bakıya gəldikdən paytaxtımızın ən məşhur və eləcə də bahalı otellərindən birində qonaqlayıblar. Təxminən 12-13 şeyx daha sonra ov üçün İmişli rayonuna yollanıblar. Bakıda bahalı maşınlar icarəyə götürən ərəblər VİP turizm xidmətlərindən yararlanıblar. Ərəblər özləri ilə şəxsi aşbazlarını mühasiblərini və hətta sürürülərini də gətiriblər. 4 gün İmişlidə ov edən şeyxlər bu müddət ərzində kabab keyfi də ediblər. Şəkillər peşəkar fotoqraf Orxan Məmmədova məxsusdur. Qeyd edək ki, Abu-Dabi neft gəlirləri sayəsində müasir bir şəhər halına gəlib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tərkibinə daxil olan yeddi əmirlikdən biridir. Abu-Dabi dünyadakı neft ehtiyatları baxımından ən şanslı ölkələr arasındadır. Abu-Dabi bir ada olmasına baxmayaraq, bu əmirliyi quruya 3 böyük körpü bağlayır. Digər Körfəz ölkələrində olduğu burada da çöl iqlimi hakimdir.(BAKU.WS)