Devalvasiya əmlak bazarına necə təsir göstərib?

"2014-cü ilin payızından davam edən qiymət enməsi dollar ifadəsində bir qayda olaraq fasiləsiz davam edib. Devalvasiya zamanı eniş sərt, digər dövrlərdə demək olar ki, mülayim olub”. 42-ciparalel.az xəbər verir ki, bu haqda daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev məlumat verib. Manat qiymətləri 2014-cü ilin pik həddindən nə qədər dəyişib? Ekspert məsələni şərh edərkən əks hesablama təklif edib: "Fevral devalvasiyasına kimi daşınmaz əmlakların qiymətləri orta hesabla 10 faiz azalmışdı. Bahalı evlərdə azalma ümumiyyətlə çox müşahidə edilirdi. İkinci devalvasiya nəticəsində manat dollara nisbətdə orta hesabla 2,1 dəfə dəyərsizləşib (əvvəl orta hesabla 0,7850, hazırda bazarda orta 1,65). Belə çıxır ki, manat qiymətləri həmin dövrdən sabit qalsaydı, onda dollar qiymətləri 58 faiz (10 faiz fevral devalvasiyasına kimi azalma + 2,1 dəfə manatın dəyərsizləşməsi) düşməli idi, yəni 2,3 dəfə. Yox, əgər manat qiymətləri düşübsə, onda belə çıxır ki, dollar ifadəsində qiymət azalması 60 faizdən çox olmalı idi”. R.Əliyev bazarda müşahidə edilən real rəqəmləri göstərib: "Müşahidə edilən odur ki, qiymətlər orta hesabla 2 dəfəyə kimi enib (45 faiz ərtafında, hətta bir qədər artıq). Bu isə göstərir ki, fevral devalvasiyasından sonra bu günə kimi manat qiymətləri artıb. 42-ciparalel.az
Bundan sonra necə olacaq, bu, artıq əmlak bazarından yox, manatdan asılıdır. Dollar qiymətləri ilə isə hər şey aydındır”.