Suriyadan atılan top mərmisi ​Türkiyədə orta məktəbə düşüb, ölən və yaralanalar var

{title

Türkiyənin Kilis bölgəsində orta məktəbdə partlayış baş verib. 
 

42-ciparalel.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Amma bu ilkin məlumatdır. Ölən və yaralananların sayının artacağı istisna deyil. 
 

Məlumata görə, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb edilib.
 

Partlayış Suriya tərəfdən atılan top mərmisinin partlaması nəticəsində baş verib.
 

Qeyd edək ki, Türkiyənin Kilis bölgəsi Suriya ilə sərhəddə yerləşir.

 

42-ciparalel.az