Dollar həftəyə belə başladı

{title

ABŞ valyutası və avro yenə bahalaşıb.

Azərbaycan Mərkəzi Bankı dolların yanvarın 18-nə olan məzənnəsini təqdim edib. Bankdan 42-ciparalel.az-a verilən məlumata görə, ABŞ dolları gələn həftəyə bahalaşma ilə başlayıb. Dolların məzənnəsi 1,5870 manat müəyyən edilib. Ötən həftəni ABŞ valyutası 1,5706 AZN/USD ilə başa vurmuşdu. Avrozonanın valyutasında da artım qeydə alınıb. 1 avro 1.7293 manatdır. Rublda isə cüzi ucuzlaşma olub. Rusiya rublu 0.0203 manata düşüb. Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb. Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. 
 
Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.
Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.



AMB-nin rəsmi məzənnəsi 
 
42-ciparalel.az