“500 milyona yaxın gəlir gözlənilir" (VİDEO)

{title

"Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov ANS-ə müsahibə verdi.
 
Neft erası bitir. Azərbaycanı postneft dövründə saxlamalı olan əsas sərvət, necə deyərlər, yola tökülüb. Amma əslində yola tökülən bu pulları yığmaq o qədər də asan deyil. Amma lazımdır. 
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanovla bu barədə danışdıq. 
– Cavid müəllim, bu həftə çox gərgin və eyni zamanda zəngin oldu. İran, Azərbaycan, Gürcüstan, Ukrayna arasında vahid tarif sazişi imzalandı.
– Bizim əsas məqsədimiz nədən ibarət idi? Birinci olaraq biz Azərbaycandan keçməklə ilk dəfə olaraq yeni maşrutu müəyyən etdik və bu maşrutu Azərbaycan brendi olaraq adlandırdıq. Artıq cənub-qərb maşrutunun ideyası Azərbaycana aiddir. İndiyə qədər şimal-cənub, şərq-qərb maşrutları, koridorlar vardı. İndi isə bizim müəyyən etdiyimiz cənub-qərb maşrutu Hindistandan başlayaraq Bəndər Abbasa gəlir, oradan Astara vasitəsi ilə keçir Böyük Kəsik Gürcüstan və oradan da Qara dənizə - Poti və Batumi limanlarına çıxır. Bu limanlara çıxandan sonra oradan da paylanır. Bununla yanaşı biz həm də burada şimal–cənub dəhlizinin inkişafı ilə bağı danışıqlar aparırdıq. Qeyd edim ki, uzun bir müddətdir bu istiqamətdə danışıqlar gedir. Bu isə İran Körfəzinin Baltik dənizi ilə birləşməsi deməkdir. Bu böyük bir xətdir. 
Rusiyadan gələn, bu ölkənin üzərindən keçə biləcək yüklərin İran üzərindən keçərək həm Xəzər dənizi vasitəsilə, həm Astara keçid məntəqəsindən keçərək İrana və Hindistana getməyini təşkil etmək üçün marşrut idi. 
Rusiyadan yüklənən yük nəqliyyat növünü dəyişmədən - Sankt-Peterburq, Helsinkidən İran Astarasının içinə kimi gedə bilər. 
– Maşrutların müəyyənləşdirilməsi ilə yanaş yeni yolların salınması, reyslərin salınması da var bunların içərisində? 
– Burada bizim çatışmayan yerlərimiz var. O çatışmayan Astaradan Astara sərhədinə qədər olan yerdir. Bu isə həmin ərazidə körpünün tikilməsi ilə əlaqədardır. Biz tərəfdən 7,5 km-dir, 100 metrlik bir körpüdür. Amma İran tərəfdə Astaradan Rəştə qədər olan məsafə 150 km-dir. Hazırda layihə işləri gedir. Hələlik orada tikinti işlərinə başlanılmayıb. Amma Rəşt-Qəzvin arasında 183 km-lik hissəsini iranlılar, artıq torpaq yatağında işləri bitiriblər. Bir də ki, yükləri İranın Əmirabad limanından bərə vasitəsi ilə Ələtə və oradan da dəmir yolu vasitəsi ilə həm Gürcüstana, həm də Rusiyaya ötürmək olar.
Bununla bağlı Azərbaycan Gürcüstan dəmir yolları ilə birlikdə İranın dəmir yollarındakı texniki məsələlərin həllini öz üzərimizə götürdük. Belə ki, sözügedən limandan Xəzər dənizi vasitəsilə ya bizim, ya da İrana məxsus gəmilərlə yüklərin Azərbaycandan keçməsi təmin olunsun. İlk altı belə sifarişi almışıq. Artıq 50 min ton taxılın bərələr vasitəsilə ötürülməsi ilə bağlı müqavilə də imzalanıb.
- Astara-Rəşt-Qəzvin 150 km-lik bir məsafədir?
- Üç yol birlikdə 360 km-dir. Bunun 180 km–i yəni, İran ərazisindəki Rəştdən Qəzvinə qədər olan məsafənin artıq tikintisi başlayıb. Rəştdən Astaraya qədər olan məsafədə, yəni 150 km-lik yolun isə layihələri hazırlanır. Amma pul yoxdur ki, bu yol tikilsin. Tək bu yolun tikintisinə milyard yarım pul tələb olunur. Pulun yarısı ərazilərin alınması və başqa tələb olunan işlərdir ki, bunu da İran öz üzərinə götürür. Sırf yolun tikilməsinə tələb olunan 400 mini isə bizim verməyimizi xahiş edirlər. Dağlıq ərazidən 150 km-lik bir yolun çəkilməsi asan iş deyil. Bu yolun tikintisi 3-4 il çəkəcək. Ona görə də deyirlər ki, yol 2019-cu ildə istismara verilə bilər. 
-Daha bir marşrut - Qazaxıstan-Azərbaycan-Ukrayna açılır?
- Deməli, yük Çinin sərhədindən çıxaraq Qazaxıstan, Azərbaycan, Gürcüstan üzərindən keçərək Ukraynaya çatır. Buradan isə Avropanın ortalarına gedib çıxır. Həmçinin Çindən çıxan yük Qarsa da gəlib çatır. Bizim isə Qarsla olan yolumuz tam olaraq hazırdır.
- Mən belə başa düşürəm ki, Azərbaycan artıq Çinin timsalında tam yaxşı və güclü bir müştəri tapıb. Çinlə bağlı məsələ aydındır. Bəs başqa müştərilərlə bağlı axtarışımız nə yerdədir? Yeni müştərilər tapırıqmı?
- Ukrayna dövləti məhsulun həcminə görə dünyada 49-cu yeri tutur. Bu dövlətin nəqliyyat və eksport xərcləri 373 milyarddır. Onun 21 faizi Rusiyaya yönəlir. Məlumdur ki, bu iki dövlət arasında vəziyyət yaxşı olmadığı üçün Ukrayna mallarının Azərbaycan üzərindən keçərək Orta Asiyaya ötürülməsi bizim üçün yeni bir bazardır. 
Dünən Ukraynadan Qazaxıstana və Çinə 30 vaqondan ibarət yeni qatar yola salınıb. Bu ilkin qatar hesab olunur. Qatar vasitəsilə yaranan problemləri və çatışmazlıqları müəyyən etmək mümkün olacaq. Bu istiqamətdə biz artıq qiymətləri də müəyyən etmişik. Bunun özü bizim üçün yeni bazardır. Biz çalışmalıyıq ki, yükdaşımaların həcmi artsın. Bilirsiz ki, Avropadan Qazaxıstana və başqa yerlərə gedən qida yüklərin başqa qonşu dövlətlərdən keçməsinə müəyyən qadağalar var. Hazırda onlar yeni yollar axtarır. Bunun üçün ən yaxşı yol Azərbaycan üzərindən yük daşımalarıdır. 
-Bəs buradan təxminən bizim nə qədər gəlirimiz olacaq?
- Biz hesab etmişik ki, 2018 və 2019-cu ilin axırına qədər tək dəmir yollarının əldə edəcəyi gəlir təxminən 500 milyona yaxın olmalıdır. 
Müsahibəyə aşağıdakı video materiallarda baxa bilərsiniz:
 
42-ciparalel.az