Pensiyaların artırılmasına 140 milyon manat ayrılacaq

{title

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin sözlərinə görə, ötən şənbə günü Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncam ölkəmizdə yaşayan 1 milyon 223 min nəfər təqaüdçüyə şamil olunacaq.

42-ciparalel.az  fond sədrinin sözlərinə istinadən xəbər verir ki, əmək təqaüdlərinin baza hissəsinin artırılmasının maliyyələşməsi məqsədilə əlavə olaraq 140 milyon manat vəsait ayrılacaq.

Ölkə başçısının sərəncamına müvafiq olaraq, 1 fevral 2016-cı il tarixindən etibarən əmək təqaüdlərinin baza hissəsi 10% artırılaraq 110 manata çatdırılacaq.

42-ciparalel.az