Eldar Sabiroğlunun oğlu həbs edildi

Rüfət Səfərov Baş Prokurorluğa çağırılıb və orada saxlanılıb.
Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov saxlanılıb.
42-ciparalel.az-ın məlumatına görə, bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.
Vəkil bildirib ki, Rüfət Səfərov barəsində qaldırılan cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğa çağırılıb və orada saxlanılıb.
R.Səfərov hazırda barəsində həbs-qətimkan tədbiri seçilməsi Binəqədi Rayon Məhkəməsinə aparılıb.

Bəhruz Bayramov
Qeyd edək ki, R. Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

Eldar Sabiroğlu - Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi
R. Səfərov işdən azad ediləndən dərhal sonra Zərdab rayon Prokurorluğunda icra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən kompleks yoxlamalara başlanıb.
Yoxlamaların nəticəsi olaraq baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Zərdab rayon prokuroru Süleyman Süleymanov rayon prokurorluğunun işinin təşkilində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

42-ciparalel.az