Bakıda yenə mənşəyi bilinməyən ət tapıldı

4 baş heyvan cəmdəyi gecə saat 3-4 radələrində aşkarlanıb.
Bakıda yenidən mənşətid bilinməyən ət tapılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəlinin ANS PRESS-ə verdiyi məlumata görə, mənşəyi məlum olmayan 4 baş heyvan cəmdəyi S.Vurğun küçəsində aşkar edilib.
Aparılan tədbirlər çərçivəsində 15 yanvar tarixində gecə saat 3-4 radələrində Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşları ilə birgə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə reyd keçirib.
Reyd zamanı S.Vurğun küçəsində Ağcabədi rayon Aşağı Avşar kənd sakini Nəbiyev Şamxal Kərim oğlunun idarə etdiyi "Daevo sentral" 10 PV 475 dövlət nömrə nişanlı maşın saxlanılıb.
Maşına baxış keçirilən zaman Bakı şəhərinə satış üçün gətirilən sağlamlığı, mənşəyi barədə heç bir sənədi olmayan və qida üçün orqanoleptik göstəriciləri şübhə doğuran 4 baş heyvan cəmdəyi aşkar edilib.
Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyinin olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Baytarlıq Laboratoriyasına (RBL) gətirilib.
Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.
Bir neçə gün öncə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində mənşəyi məlum olmayan ət tapılıb və zərərsizləşdirilib.
Mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlılığı şübhə doğuran heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət, heyvan sümükləri və skeletlərinin ümumi çəkisi 4 tona yaxın olub.
Yanvarın 14-də isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) yanvarın 12-də Suraxanı rayonun Qaraçuxur qəsəbəsi, Şərq massivində yerləşən "Zirvə" kolbasa məmulatları sexində reyd keçirib.
Reyd nəticəsində mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlılığı şübhə doğuran, haradan alınması və sağlamlığı barədə baytarlıq arayışı olmayan 675 kq toyuq farşı, 200 kq heyvan mənşəli farş, 450 kq toyuq filesi, 120 kq toyuq budu, 780 kq sümüksüz toyuq əti, 450 kq qarışıq toyuq əti, 49 kq toyuq qanadı aşkarlanıb.

42-ciparalel.az