İstanbul-Bakı reysi təxirə salınıb

"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 16-a təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb. 42-ciparalel.az-ın məlumatına görə, bu barədə aviaşirkətin saytında yerləşdirilmiş məlumatda bildirilib. Xatırladaq ki, təyyarə yerli vaxtla saat 08:15-də İstanbuldan uçmalı idi. Müvafiq olaraq Bakıdan olan, yerli vaxtla 14:35-ə təyin edilmiş geri reysi də təxirə salınıb. Qeyd edək ki, son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb. 42-ciparalel.az